|
Restoranlar və əyləncə
Otelin 3-cü mərtəbəsində yerləşən 70 nəfərlik “Muscad” restoranı geniş çeşiddə milli və avropa yeməkləri təqdim edir. Burada səhər yeməyində iki cür açıq bufet (Amerika və İngilissayağı), həmçinin menyudan nahar və şam yeməyi sifariş edə bilərsiniz.
Axşam istirahəti və qeyri-rəsmi görüşləriniz üçün Sizə “Muscad Bar”a gəlməyi təklif edirik. Buranın xidmət göstərən heyəti Sizə içkilərin, şərab və kokteyllərin geniş menyusunu təqdim edəcək.
Siz həmçinin təşkil etdiyimiz bilyard xidmətlərimizdən istifadə etməklə yaranmış atmosferin fərqini hiss edə bilərsiniz.
Tədbirlər
Abşeron Oteli müxtəlif cür tədbirlərin təşkilatçısı kimi mükəmməl partnyordur. Bu tədbirlərə orta ölçülü nişan və toy mərasimləri, həmçinin romantik şam yeməyi və banketlər daxildir.
Harbour Lights Pub – Bar
Mehmanxananın birinci mərtəbəsində fəaliyyət göstərən Harbour Lights Pub – Bar öz qonaglarına müxtəlif soyuq və isti içkilər , qəlyanaltilar və yüngül yeməklər təklif edir.
Daha ətraflı məlumat və rezervasiya üçün müraciət edin: (+ 994 12) 493 75 76 (daxili nömrə 2208), yaxud (+ 994 12) 493 89 61
|