|
Oteldə bir və iki nəfərlik, lüks və yarılüks, həmçinin bir ailəvi otaq olmaqla cəmi 343 rahat nömrə sizin xidmətinizdədir.
Abşeron oteli öz qonaqlarına Ekonom və Biznes kateqoriyaları üzrə geniş otaq seçimi təklif edir. Sizin və qonaqlarınızın oteldə çevik qeydiyyatı, həmçinin aviabilet və turist səyahətlərinin sifarişi, avtomobil icarəsi və digər xüsusi xidmətlər birinci mərtəbədə yerləşən və 24 saat fəaliyyət göstərən qəbul şöbəsində həyata keçirilir.
Fəaliyyət dövrü ərzində Abşeron oteli milyonlarla insanı qəbul etmişdir. Otelin nömrələrindən Azadlıq meydanına, Dənizkənarı Milli Parka və Bakı Buxtasına açılan mənzərə, həmçinin çox rahat yeri, teatr, kino, muzey, ticarət və biznes mərkəzlərinə yaxın olması Abşeron otelini çox cəlbedici edir.
Buraya mehmanxana şəhərciyi də demək olar: "MUSCAD" və "Grand City Club" restoranları, xırda dükanları, konqres zalları və 3-cü mərtəbədəki bilyard zalı ilə, quru və kimyəvi təmizləmə otağı, avtomobil parkı, video kitabxanası, vestibüldə daha çox futbol və pivə həvəskarları tərəfindən sevilən "Harbour Lights Pub" yeməkxanası, Pasha Travel agentliyi ilə.
Otelin 10-cu mərtəbəsində qonaqlar üçün 24 saat fəaliyyətdə olan İnternet xidmətləri təklif olunur.
Abşeron mehmanxanası qonaqlara həmişə şaddır, keyfiyyətini məhz qonaqları üçün daim artırır və bu keyfiyyətin müqabilində əlverişli qiymət təqdim edir.
| Ekonom Klass tipli otaqlar |
Biznes Klass tipli otaqlar |
| Bir böyük yataglı otaq |
36 |
Bir böyük yataglı otaq |
36 |
| Iki ayrı yataqlı otaq |
142 |
Iki ayrı yataqlı otaq |
86 |
| Geniş otaq |
10 |
Geniş otaq |
0 |
| De lux tipli otaq |
15 |
De lux tipli otaq |
17 |
| Ailəvi otaq |
1 |
Ailəvi otaq |
0 | |
| *** |
|
Mehmanxanada otaqların ümumi sayısı: 343
|
Oteldə iş saatları | |
| Yerin adı |
Açıqlama |
Yerləşdirmə imkanları |
Iş saatları |
| Grand City Club |
Milli / Beynəlxalq |
120 |
07:00 – 00:00 |
| Muscad Restoranı |
Beynəlxalq |
70 |
06:00 – 23:00 |
| Muscad Barı və Bilyard Salonu |
Beynəlxalq |
70 |
24 saat |
| Otaglara yemək sifarişi |
Bütün günü sifarişlər qəbul olunur |
- |
24 saat |
| Harbour Lights Pub Bar |
Qəlyanaltı , Spirtli və yungul içkilərin sifarişi mövcuddur |
50 |
24 saat | |
|
| Yerin adı |
Yerləşdiyi yer |
İş saatları |
| Paşa Travel Səyahət Agentliyinin Nümayyəndəliyi |
1 ci mərtəbə |
09:00 – 18:00 |
| Hədiyyələr və ləvazimatar dükanı |
1 ci mərtəbə |
09:00 – 21:00 |
| Qeydiyyat və Məlumatlandırma Şöbəsi |
1 ci mərtəbə |
24 saat | |
Otelə daxil olma vaxtı: Günorta 12:00 Oteldən çıxma vaxtı: Günorta 12:00 Erkən daxil olma vaxtı: Səhər 02:00-dan 06:00-a kimi Gec çıxma vaxtı: Günorta 12:00-dan axşam 18:00-a kimi
|